NATO Bakı ilə İrəvan arasında vasitəçi deyil - Stoltenberq

09:00 | 20.03.2024
NATO Bakı ilə İrəvan arasında vasitəçi deyil - Stoltenberq

NATO Bakı ilə İrəvan arasında vasitəçi deyil - Stoltenberq

NATO Bakı ilə İrəvan arasında vasitəçi deyil. Ona görə danışıqlar prosesinin bir hissəsi kimi təkliflər verə bilməz.Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistanda səfərdə olarkən deyib. 

Baş katibin sözlərinə görə, NATO sülhə gətirib çıxara biləcək prinsipləri dəstəkləyir və mövcud fikir ayrılıqlarını həll edərək aradan qaldırmaq olar:

"Əminəm ki, sülhə nail olmaq olar. Çünki bəzi əsas prinsiplər artıq razılaşdırılıb. Onların arasında hər iki ölkənin ərazi bütövlüyünə hörmət də var”.

Stoltenberq bildirib ki, İrəvan və Bakıya mesajı ondan ibarətdir ki, hər iki tərəf davamlı sülhə nail olmaq imkanlarını görməlidir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti