NATO: “Bizim suverenlik və ərazi bütövlüyünə dəstəyimiz güclüdür”

19:21 | 28.08.2015
NATO: “Bizim suverenlik və ərazi bütövlüyünə dəstəyimiz güclüdür”

NATO: “Bizim suverenlik və ərazi bütövlüyünə dəstəyimiz güclüdür”

NATO Abxaziya və Tsxinvali regionunun (Cənubi Osetiya) müstəqilliyini tanımır.

APA-nın "apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. 

"NATO-nun suverenlik və ərazi bütövlüyü ilə bağlı dəstəyi güclüdür. Biz Gürcüstanın regionları olan Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər olaraq tanımırıq. Söhbət Gürcüstanın ərazi bütövlüyünün pozulmasında getdiyi üçün biz bunu həmişə qınayırıq,” - deyə Y. Stoltenberq söyləyib. 
 
Xatırladaq ki, NATO-nun baş katibi Gürcüstanda səfərdədir. O, avqustun 27-də NATO-Gürcüstan təlim mərkəzinin açılışında iştirak edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM