NATO Taliban qüvvələrinin ələ keçirdiyi Əfqanıstanın Kunduz şəhərini bombalamağa başlayıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı NATO-nun liderlik etdiyi koalisiyanın sözçüsü Brian Tribus verib. O, "NATO-nin liderlik etdiyi koalisiya qüvvələrinin Kunduz şəhərinə hava hücumunun səbəbi Taliban təhdidinin ortadan qaldırılması ilə bağldır" - bildirib.
Əfqan təhlükəsizlik qüvvələri dünənki hücumdan sonra şəhərin aeroportuna doğru geri çəkilib. Paytaxt Kabildən gələn dəstək qüvvələri ilə birlikdə bu gün şəhər uğrunda döyüşlərin davam edəcəyi gözlənilir. Döyüşlərlə bağlı ilk rəsmi açıqlamalardan biri Kunduz xəstəxanasından gəlib. Xəstəxana yetkililəri 100-dən çox yaralının olduğuna və 8 nəfərin həyatını itirdiyinə dair informasiya verib.
Taliban lideri Molla Mansur Aktar Kunduzda yerli əhalinin daha çox ziyan görməməsi üçün əfqan güclərinə şəhərə yenidən hücum etməməsi xəbərdarlığı edib. Terrorçular Kunduza əlavə güclərin gəlməməsi üçün ətraf rayonları - Tahhar və Bağlan qəsəbələrini də ələ keçiriblər.
Dünən Taliban qüvvələri dörd istiqamətdən hücum edərək Kunduza daxil olmuşdular.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !