NATO da təmas xəttindəki gərginlikdən narahatdır

13:00 | 05.08.2014
NATO da təmas xəttindəki gərginlikdən narahatdır

NATO da təmas xəttindəki gərginlikdən narahatdır

NATO son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahatdır. APA-nın məlumatına görə, bunu NATO-nun Cənubi Qafqazda əlaqələndirici nümayəndəsi Uilyam Lahue jurnalistlərə açıqlamasında deyib.  U. Lahue NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyib və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə tərəfdar olduqlarını vurğulayıb. O bildirib ki, münaqişədə gərginliyin yaranması tək Azərbaycan və Ermənistan üçün deyil, bütün regionun sabitliyi üçün təhlükədir və hər iki tərəf bu gərginliyi aradan qaldırmaq üçün tədbirlər görməlidir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM