NATO-dan Ermənistana 16 milyonluq silah hədiyyəsi - Şok

09:58 | 18.07.2014
NATO-dan Ermənistana 16 milyonluq silah hədiyyəsi - Şok

NATO-dan Ermənistana 16 milyonluq silah hədiyyəsi - Şok

“ABŞ Rusiyanın silah satışına sanksiya tətbiq etdikdən sonra Moskvanın vəziyyəti xeyli ağırlaşıb”. Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni analitiki Akop Badalyan çıxış edib. O, bu sanksiyaların Qafqazda qüvvələr balansına təsir edəcəyini bildirib:“Moskvanın ən önəmli adamlarından biri olan Dmitri Roqozinin bu ayın sonu Bakıya səfəri nəzərdə tutulur. Məhz bu səfər zamanı yeni kontraktın imzalanacağı gözlənilir. Amma Bakı indiyə qədər qiymətin aşağı salınması üçün müxtəlif manevrlar edir. Üstəlik Qarabağa rus sülhməramlılarının yeridilməsi üçün Moskva əlindən gələni edir.

Rusiyanı həmçinin İrəvanın fransız və alman istehsalı olan silahlara önəm verməyə başlaması çox narahat edib. İrəvan son bir neçə ildə NATO-dan 16 milyon dollar dəyərində silahı pulsuz alıb. Məhz buna görə Moskva Sərkisyana bundan sonra belə addım atmağı tam qadağan edib”

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM