"Rusiyanın Ukraynaya qarşı hər hansı hücumunun həm siyasi, həm də iqtisadi nəticələri olacaq".
"Qafqazinfo” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna sərhədindəki hərbi fəaliyyəti ilə bağlı danışarkən deyib.
İki gün davam edəcək görüşdə Rusiyanın Ukrayna sərhəddində hərbi birləşmələri və Belarusdan Polşa, Latviya və Litvaya keçmək üçün sərhədə gələn insanlarla bağlı vəziyyət müzakirə ediləcək.
Baş katib həmçinin bildirib ki, onlar Ukraynanın Rusiya ilə sərhədindəki vəziyyəti diqqətlə və narahatlıqla izləyirlər.
"Bu il ikinci dəfədir ki, Rusiya öz qüvvələrini bölgəyə genişmiqyaslı və qeyri-adi şəkildə toplayıb. Burada ağır silahlar, artilleriya, zirehli bölmələr, pilotsuz uçuş aparatları və elektron texnikası olan on minlərlə döyüşə hazır əsgər görürük.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !