NATO Gürcüstanda hərbi mərkəz açdı - VİDEO

21:55 | 28.08.2015
NATO Gürcüstanda hərbi mərkəz açdı - VİDEO

NATO Gürcüstanda hərbi mərkəz açdı - VİDEO

NATO-nun baş katibi Jens Stoltenberg avqustun 27-də Tbilisi yaxınlığındakı hərbi mərkəzin açılışında iştirak edib.

O bildirib ki, bu Gürcüstanı NATO üzvlyünə yaxınlaşdıracaq.

Stoltenberg qeyd edib ki, bu mərkəz Gürcüstanın müdafiə qəbiliyyətinin stimullaşdırılması ilə bağlı tədbirlər paketinin tərkib hissəsidir.

Bu paket ötən ilin sentyabrında keçirilən sammitdə qəbul edilib.

NATO-nun kadrları bu mərkəzdə Gürcüstan əsgərləri və zabitlərinə nəzəri və praktiki təlim keçəcəklər.

Gürcüstanın baş naziri İrakli Garibashvili bildirib ki, mərkəz hər-hansı bir ölkəyə qaşı yönəlməyib və regional təhlükəsizlik, sülh və sabitliyə xidmət edəcək.

2008-ci ildə Gürcüstanla qısa müharibə edən Rusiya bunu özünə qarşı təhlükə sayır.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM