NATO Şimali Atlantika Alyansı Gürcüstandakı parlament seçkilərində beynəlxalq müşahidəçilərin göstərdiyi problemlərin araşdırılmasını tələb edib. Bu bəyanatı NATO-nun mətbuat katibi Fara Dəxlalla yayımlayıb.
Mətbuat katibi qeyd edib ki, beynəlxalq müşahidə missiyası Gürcüstandakı seçkilərdə siyasi qüvvələr arasında "bərabər olmayan rəqabət şəraitini” vurğulayıb ki, bu da ictimaiyyətin seçkilərin nəticələrinə olan etimadını sarsıdır.
"Ona görə də, seçkilərlə bağlı pozuntular haqqında məlumatlar tam şəkildə araşdırılmalıdır,” – o bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !