NATO - helikopterin vurulması hadisəsindən narahatdır

11:59 | 13.11.2014
NATO - helikopterin vurulması hadisəsindən narahatdır

NATO - helikopterin vurulması hadisəsindən narahatdır

Qurum rəsmisi Bakı və İrəvanı təmkin göstərməyə çağırdı"NATO Ermənistan Hərbi Hava Qüvvələrinin helikopterinin vurulması hadisəsindən narahatdır".ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib. O qeyd edib ki, qoşunların təmas xəttini pozduğu üçün Azərbaycanın hərbi qulluqçuları tərəfindən Ermənistan helikopteri vurulub. Ceyms Appaturayın fikrincə, münaqişə sülh yolu ilə həll edilməlidir: "Hadisənin təfərrüatından asılı olmayaraq tərəflər təmkinlik göstərməlidir və münaqişənin diplomatik həllinə nail olunmalıdır", - deyə Appaturay qeyd edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM