NATO Kosovoya 700 hərbçi göndərəcək

22:19 | 30.05.2023
NATO Kosovoya 700 hərbçi göndərəcək

NATO Kosovoya 700 hərbçi göndərəcək

NATO təhlükəsizlik məqsədilə Kosovoya əlavə 700 hərbçi göndərəcək və lazım gələrsə, yerləşdirmək üçün daha bir batalyon hazırlayacaq. Bunu NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı Osloda keçirilən mətbuat konfransında bildirib.


"NATO-nun Kosovodakı qüvvələri regionun bütün əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək” deyən Stoltenberq, "NATO bizim operativ ehtiyatımızdan Kosovoya əlavə 700 hərbçi göndərəcək və bunun üzərinə əlavə olaraq qoşunların sayını artıracaq. Başqa bir batalyonun hazırlıq səviyyəsinin oraya göndərilməsi üçün biz bütün tədbirləri görəcəyik ki, Kosovodakı NATO qüvvələri öz mandatlarını yerinə yetirmək üçün bütün güc və imkanlara malik olsunlar”.

Stoltenberq Kosovo serbləri ilə toqquşmalar zamanı Kosovoda 30 NATO hərbçisinin yaralanması ilə bağlı xəbərləri də təsdiqləyib.

"NATO ordusuna hücumlar qəbuledilməzdir və dayandırılmalıdır. NATO öz mandatına uyğun olaraq qərəzsiz hərəkət etməyə davam edəcək", - o əlavə edib.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb