Qısa müddət ərzində Latviyaya 40 mindən çox əsgər göndərmək mümkün olacaq, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Riqada Latviya Prezidenti Eqil Levitslə görüşdən sonra bildirib.
"Biz soyuq müharibədən bugünədək ümumi müdafiə sisteminin genişləndirilməsini ardıcıl olaraq həyata keçiririk. Döyüş qrupları Baltikyanı ölkələrdə və Polşada yerləşdirilib. Həm dənizdə, həm də havada mövcudluğumuzu gücləndirmişik. Biz, həmçinin təlimlərdə müttəfiqlərlə sıx əməkdaşlıq edirik”, - Stoltenberq vurğulayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !