NATO Nemtsovun qətlindən danışdı

20:21 | 06.03.2015
NATO Nemtsovun qətlindən danışdı

NATO Nemtsovun qətlindən danışdı

Rusiyalı siyasətçi Boris Nemtsovun qətli bu və ya digər halda Ukraynadakı hadisələrlə əlaqəlidir.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri NATO-nun baş katibinin müavini Aleksandr Verşbou deyib.

"Boris Nemtsovun amansız qətlindən sonra biz görürük ki, yalnız Ukraynanın şərqində qurbanlar yoxdur. Biz tətiyin kimin basdığını bilməsək də, anlayırıq ki, Boris Nemtsov demokratiyanın tərəfdarı və Rusiyanın Ukrayna hadisələrinə müdaxiləsinin əleyhdarı idi. Yəni o, Rusiya təbliğatının "satqın” və "beşinci kolon” adlandırdığı adamlardan biri olub”, - Verşbou bildirib.  

Xatırladaq ki, Boris Nemtsov fevralın 28-də Moskvanın mərkəzində qətlə yetirilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti