"Rusiya NATO ölkələri üçün bilavasitə təhlükə yaratmır”.
APA-nın "lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib. O deyib ki, NATO Moskva ilə əlaqələrin yaxşılaşdırılmasını nəzərdən keçirir.
"Biz qeyri-müəyyənlik, artan narahatlıq müşahidə edirik. Lakin NATO-ya üzv olan heç bir ölkə üçün mən şərqdən bilavasitə təhlükə görmürəm", - deyə Yens Stoltenberq Norveçə səfəri zamanı bildirib.
Qeyd edək ki, NATO hərbi komitəsinin rəhbəri Pyotr Pavel Baltikyanı ölkələrin və Kiyevin ələ keçirilməsi üçün Rusiyaya cəmi 2 gün vaxt lazım olduğunu bildirib. Onun sözlərinə görə, NATO Rusiyanın hücumuna təcili şəkildə reaksiya verə bilməyəcək. Buna səbəb alyansa üzv 28 ölkənin mövqeyini müəyyən etmək üçün vaxt lazım olmasıdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !