NATO-nun ən güclü orduları açıqlanıb

17:54 | 06.12.2019
NATO-nun ən güclü orduları açıqlanıb

NATO-nun ən güclü orduları açıqlanıb

NATO-nun ən güclü ordularının siyahısı açıqlanıb.
 
Anews.az oxu.az-a istinadən xəbər verir ki, siyahı müdafiə büdcələri, texnoloji inkişaf səviyyəsi, personal sayı kimi meyarlar nəzərə alınaraq hazırlanıb.
 
NATO-nun ən güclü orduları siyahısına ABŞ başçılıq edib. 716 milyard dollar hərbi büdcəyə, 1 milyon 281 min 900 nəfərlik aktiv hərbi personala sahib ABŞ ordusu alyansdakı bütün müttəfiqlərini qabaqlayıb.
 
Siyahının ikinci pilləsində 40,5 milyard dollarlıq büdcə ilə Fransa qərarlaşıb. İlk üçlüyü Böyük Britaniya tamamlayıb.
 
Siyahının dördüncü pilləsində Türkiyə ordusu qərarlaşıb. Türkiyənin 8,6 milyard dollar hərbi büdcəsi, 355 minlik aktiv hərbi personalı olduğu qeyd edilib. 5-7-ci yerləri müvafiq olaraq Almaniya, İtaliya və İspaniya orduları tutub.
 
Siyahıda digər ölkələr bu cür qərarlaşıb:
 
8. Kanada
 
9. Polşa
 
10. Yunanıstan
 
11. Çexiya
 
12. Hollandiya
 
13. Norveç
 
14. Rumıniya
 
15. Bolqarıstan


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb