Əfqanıstandakı NATO koalisiyası bildirir ki, iki Britaniya hərbçisi daxil olmaqla, 5 əməkdaşı Kabildəki qərargahda vertolyot qəzasında həlak olub. Qəza "qeyri-düşmən” şəraitində baş verib.
Oktyabrın 11-də baş vermiş insidentdə beş nəfər də yaralanıb. Hazırda insident araşdırılır.
Həlak olanların və yaralıların milliyyəti açıqlanmayıb. Sadəcə, Britaniya iki hərbçinin öldüyünü bildirib, bunun bir qəza olduğunu təsdiqləyib. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !