NATO rəhbərinin Cənubi Qafqaza səfəri sabitliyə kömək etməyəcək - Kreml

15:51 | 19.03.2024
NATO rəhbərinin Cənubi Qafqaza səfəri  sabitliyə kömək etməyəcək - Kreml

NATO rəhbərinin Cənubi Qafqaza səfəri sabitliyə kömək etməyəcək - Kreml

NATO-nun Cənubi Qafqz regionunda mövcudluğunu genişləndirmək səyləri çətin ki, sabitliyin təmin olunmasına kömək etsin. Bunu Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. 

Stoltenberq çərşənbə axşamı Cənubi Qafqaza üçgünlük səfərini başa vurub və bu səfər zamanı Azərbaycan, Gürcüstan və Ermənistan liderləri ilə danışıqlar aparıb.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərlə söhbətində deyib ki,  "NATO-nun öz təsirini və mövcudluğunu (Cənubi Qafqazda) genişləndirmək cəhdləri çətin ki, sabitliyə gətirib çıxarsın”.

Peskov bildirib ki, Kreml Stoltenberqin səfərini diqqətlə izləyir və "belə təmaslar Cənubi Qafqaz dövlətlərinin suveren hüququdur”.

Rusiya ənənəvi olaraq Cənubi Qafqazda dominant güc olsa da, indi orada Türkiyə, İran və Qərb də daxil olmaqla, digər oyunçularla nüfuz uğrunda rəqabət aparır.

Gürcüstanın ərazisi olan, lakin hazırda separatçıların nəzarəti altına keçən  Cənubi Osetiya və Abxaziyada Rusiya qoşunları yerləşdiyindən Gürcüstan uzun müddətdir ki,  NATO-ya üzv olmaq niyyətini bəyan edib, Azərbaycanın isə NATO üzvü Türkiyə ilə sıx əməkdaşlıq edir. 

Yaxın vaxtlara qədər Rusiyanın Cənubi Qafqazda ən yaxın müttəfiqi olan Ermənistanla da Rusiyanın münasibətlərində soyuqluq müşahidə olunur.  

Ermənistan Rusiyanın müqavilə üzrə müttəfiqi olsa da  dəfələrlə Moskvanın Ukraynada apardığı müharibəni dəstəkləmədiyini bildirib və Kiyevə humanitar yardım göndərərək Rusiyanı qəzəbləndirib.

Çərşənbə axşamı Yerevanda Stoltenberq ölkənin qərbyönlü baş naziri Nikol Paşinyanı Ukrayna ilə "həmrəyliyə" görə tərifləyib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb