İki ölkədəki hərbi komandanlığı da koordinasiya edəcək qərargah 2016-cı ildə açılacaq
Rumıniyada NATO-nun iki bazası - Alyans Qüvvələrinin İnteqrasiya Mərkəzi və "Cənub - Şərq" çoxmilli diviziyasının qərargahı yerləşdiriləcək.
"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Məlumata görə, bu gün Rumıniya parlamenti məsələ ilə bağlı uyğun qərar qəbul edib.
Qərara əsasən, NATO-nun Rumıniya və Bolqarıstandakı hərbi komandanlığını da koordinasiya edəcək qərargah 2016-cı ildə açılacaq.
Qeyd edək ki, bu həftə parlament ölkə prezidenti Klaus Yohannisin təqdim etdiyi yeni milli müdafiə strategiyasını da təsdiqləyib. Həmin sənəddə ABŞ və NATO, qonşu dövlətlər, bütövlükdə Avropa ilə əməkdaşlığın dərinləşdiriliməsi öz əksinin tapıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !