NATO "Rusiya" ilə müharibə variantını istisna etmir

11:34 | 30.01.2015
NATO

NATO "Rusiya" ilə müharibə variantını istisna etmir

"Rusiyaya qarşı Kanada ordusundan istifadə edilə bilər”.

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə amerikalı analitik Oskar Forten çıxış edib.

O, NATO-nun Rusiya ilə müharibə variantını istisna etmədiyini bildirib:

"NATO bütün variantları nəzərdən keçirir. Burada müharibə variantı da var. Buna görə Kanada ordusu hazırlanır. Əgər hansısa müharibə olsa, o zaman Ukraynada Rusiyaya qarşı Kanada ordusundan istifadə ediləcək”.

Xatırladaq ki, ötən gün SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov da ABŞ-Rusiya arasında soyuq müharibənin hər an "isti müharibəyə” keçə biləcəyini bildirmişdi.  ABŞ Dövlət Departamentinin sözçüsü Crn Psaki isə Rusiya ilə müharibədən qaçmağın mümkünsüz olduğunu dilə gətirmişdi.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM