NATO Rusiya müharibəsi: üç dənizdə qorxulu ssenarilərin Azərbaycan və Türkiyə təfərrüatları

11:47 | 03.04.2021
NATO Rusiya müharibəsi: üç dənizdə qorxulu ssenarilərin Azərbaycan və Türkiyə təfərrüatları

NATO Rusiya müharibəsi: üç dənizdə qorxulu ssenarilərin Azərbaycan və Türkiyə təfərrüatları

Ukrayna – Rusiya münasibətlərinin müharibə həddinə çatması hazırda dünyada ən çox qorxu ilə gözlənən münaqişə hadisəsidir desək, yanılmarıq.

Çünki hər iki tərəf silahlı toqquşmalar və hərbi əməliyyatlara səbəb olacaq açıqlamalar verməkdən çəkinmir.

Amma baş verən hadisələrin təfərrüatlarını bilməyənlər üçün bu, sırf Qara dəniz daxili iki ölkənin qarşıdurması kimi görünür və hətta siyasi şərhçilər, siyasi bloggerlər iki dövlətin hərbi güclərini müqayisə edən materiallarla, proqnozlarla çıxış edirlər.

Məsələ bundadır ki, toqquşma tərəfi heç də iddia edildiyi kimi Ukrayna deyil, bu, birbaşa dünyanın ən böyük və güclü hərbi assosiasiyası olan NATO-dur.

Sonuncu dəfə iki hərbi güc 2014-cü ildə, Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra toqquşma həddinə çatmışdı.

İlk elementlər – 
Bu müharibə olarsa, 2008 Rusiya – Gürcüstan müharibəsindən fərqli olaraq, Türkiyəni də müharibəyə cəlb edəcək bir addım ola bilər. Çünki NATO rəsmi olaraq tərəf kimi çıxış edir.

Hazırda Ukryananın atdığı addımlar məhz ABŞ-dan qaynaqlanan tezislərə görə, Bidenin yeni geosiyasi addımlarına görə baş verir. Avroatlantik güclər yeni dünya nizamına keçir.

Putin isə deyir – Donbassda yeni bir müharibə başladanlar Ukraynanı məhv edə bilər.

Peksov – NATO ölkələri Ukraynaya hərbi qüvvələr yollayarsa, preventiv davranarıq.

İndi isə xəritəyə baxaq: Soyuq müharibə dövründə Şərqi Almaniya, Polşa və Şərqi Avropadakı VTM üzvü olan ölkələrin əlindəki nüvə başlıqlarının hamısı Qərbə - Bonn daxil olmaqla yönəlmişdi.
Bu gün isə sosialist sistemi parçalanıb, xəritədə rənglər dəyişib, artıq Qara dənizdə - Ruminya və Bolqarıstan ərazisindən keçməklə ABŞ hərbi eskadronu Qara dənizə baxır.

Ən qorxulusu ABŞ-ın raketləri Rumıniyada yerləşib və Rusiyanın nüvə başlıqları daxil bütün zərbə raketlərini havada vuracaq gücdədir. Eyni dərəcədə rus raketlərinin hərəkətini izləyən əsas stansiya Türkiyənin Malatiya vilayətində yerləşib, Polşada da eyni raketlər var və indi Belorus xaric, Moldava xaric əsas iki ölkə üzərində gedir
toqquşmalar. Bunlar Gürcüstan və Ukraynadır ki, onların NATO-ya üzv olmaları Moskvanın qırmızı xətlərini təşkil edir.

Əslində mübahisələrin səbəbi SSRİ-nin dağılmasından sonra Rusiyanın Qara dənizdə donanmasının zəif və köməksiz qalması oldu ki, illərlə Rusiya arada-sırada simvolik maliyyə ilə donanmanı sadəcə varlığını qorumağa çalışdı.

Hər şey 2014-cü ildə Qərbin Rusiyaya və Ukraynanın o dönəm seçilmiş prezidenti Yanukoviçə qarşı başlatdığı kampaniya oldu. Maydanda yaşananlardan sonra dövlətin üst elitası tamamilə Qərbə tərəf yönəldildi və bu təxribatlar nəticəsində Rusiya preventiv davranmalı oldu.

Arqument: 2014-cü ildə Soçidə olimpiya oyunları keçirilir – o dövrə qədər Rusiya dondurulmuş münaqişələr bölgəsi dediyi Gürcüstan və Ukraynaya qarşı addımlar atmağa başlayır.

Hələ 2008-ci ildə Gürcüstana qarşı baş verən yürüşü AB bütün imkanlarından faydalanaraq saxlaya bimişdi. O dövrdə iki ölkənin sülhə qaytıması üçün ən ciddi araçılığı türk baş nazir Ərdoğan edərək, Montro müqaviləsinə görə də digər güclərin Qara dənizə daxil ola bilməsin deyə müdaxilə etməyə məcbur olmuşdu.

Amma 2014 artıq fərqli il idi. Yanikoviçlə imzalanma mərasimi baş tutdu, bu o məqsədlə edilmişdi ki, Şərqi Ukraynada yaşayan rus azlığa qarşı ayrı-seçkilik aradan qaldırılacaq və konstisiyon hüquqlar tanınacaqdır. O dövrdə müqaviləni Ukrayna Rusiya və Polşa, Almaniya, Fransa imzalanmışdı.

Ertəsi gün Yanukoviçi öldürmək istəyirdilər ki, KQB qaçıra bildi.
Təsəvvür edin, Rusiyada Olimpiya Oyunları keçirilir, bütün rus elitası və dövlət aparatı ora cəlb edilib, başları qarışıb, burda Qərb kəşfiyyatı imkandan faydalanmağa çalışır. Və belə bir məqamda ABŞ-ın hərbi gəmisi Qara dənizə daxil olaraq Ukrayna sərhədlərinə yanaşır. Guya amerikalı idmançılara qarşı terror olarsa, onları xilas edəcəcək.

Məhz bundan sonra Rostovda yerləşən piyada dəniz qüvvələri cəmi  iki gün ərzində Krımı ilhaq edir.

Bu BMT-nin 2-ci maddəsinin tapdanması idi ki, artıq heç bir ölkə Krımın işğalını tanımır- Rusiyanı isə bilməyən, tanımayan Qərb səhvləri artıq xəritəni Donbassa qədər aparmağa səbəb oldu.
Rusiyanın qorxuları: SOROS-un narıncı inqilabları artıq Ukrayna və Gürcütsanda da yaşanır, amma Moskva bunun əsla Orta Asiyada olmamasını tərcih edir.

Krım hazırda dünyanın ən çox silah daşınan yarımadasına çevrildi. Bu silahlar havadan müdafiə sistemləri deyil, həm də uzun mənzilli silahlardır ki, onun nəticəsində Moskva Kriti (ABŞ bazsı yerləşən yunan adası)

Vura bilər və paralel olaraq, zirehli motorlaşdırılmış qüvvələrlə, 300 qırıcı gətirib. 
Bunu da belə əsaslandırdı ki, öz sərhədlərim daxilində müstəqil dövlət kimi həyata keçirirəm.

Bu prosesdən əvvəl etnik rusların yaşadığı Donbas ərazisinə Rusiya humanitar ağ maşınlarla "yardım”yolladı, o maşınlardan çixan "balaca adamlar”, little man-lar bretsiz, nişansız çıxaraq, Donetski ələ keçirdilər.

Bu olay isə belə əsaslandırıldı ki, öz müqəddəratlarını (BMT nizamnaməsinin prinsipləri) təyin etmə haqları var.
Digər bir məsələ-  Montro müqaviləsini ABŞ pozmağa çalışır. Bu razılaşmaya görə yüz ildir ki, Ukrayna ilə Türkiyə rahat şəkildə dənizi idarə edə bilirdilər. İndi ABŞ-ın Kiyev vasitəsilə pozmağa çalışdığı da məhz budur ki, Dənizə rahatca müdaxilə edib, qala bilsin.

O bunu bacara bilməyən kimi, Yunanıstandan qalxan ABŞ İHA-ları və bombardmançı B52 qırıcıları Rumıniya və Bolqarıstan üzərindən müntəzəm olaraq, rusları təhrik edirlər.
Burda isə iki məqsəd var: ruslar cavab verə, yaxud bu qırıcılardan birisini vura, savaşa səbəb ola, yaxud da Rusiyanın nəzərdə tutulacaq ABŞ hücumuna neçə dəqiqə ərzində effektiv cavab verə biləcək qabiliyyətini test etmək.

S-400 –lər həmin an o hədəflərə kilidlənir, Putinin isə orduya təlimatı belədir: ABŞ donanması bir müharibəyə başlasa, cəmi 2  saat ərzində Qara dəniz civarında bu müharibəni bitirməlisiniz.

Potensial müharibədə işğal edilə bilərlər:
Bu gedişatdan qorxan iki əsas ölkə var: Rumıniya və Bolqarıstan.
Ukrayna: Şərqi SSRİ dövründə silah fabrikləri, təyyarə zavodları, gəmi –inşaat mərkəzləri,optik hissələr isytehsal edilən yer, qərbi isə taxılçılıq və heyvandarlıq üçün ideal zəminə malikdir. Yəni SSRİ-nin taxıl anbarı imiş.

Ehtimal: Bəzilərinə görə Ukrayna bölünsün və Qərb hissəsi AB-, NATO üzvü olsun. Bu da Rusiyaya əlavə imkanlar verir, NATO üzvü olan Bolqarıstan darmadağın edilsə də, işğal olunmaz, amma böyük ehtimalla neytralda yerlşən Moldaviya müstəqilliyinə əlvida deməlidir.(Bax Dnestryanı)

RUS planı: Rusiya Qara dənizə 6 ədəd FİLO yolladı, Rusiya ehtimal edilən NATO ilə müharibədə belə düşünür: Qara dəniz, Atlantik- Baltik, Aralıq və Xəzər(Şimal dənizi) dənizlərində supergücə çevrildi.
Rusiya Xəzərdən   Suriyanı vurmaqla mesaj verdi ki, bu coğrafi hədlər onun radarında külə çevirlə bilər.

NATO isə ciddi panikaya düşür.
Məsələn, Eyzenahuer gəmisi rusların dənizaltısını tapa bilmir. Hətta bu günlərdə mediada da xəbər yayıldı ki, rusların bir dənizlatısı itib. 
Maraqlı: Almaniya NATO üzvü kimi dənizaltısını Rusiyaya sifariş edib və heyətin 90 faizi ruslardır, yaxud Türkiyədə olan S-400-lər.
İlk toqquşmalarda Kalininqradda İsgəndər raketləri var, Belorsudan keçməklə Baltik dənizinə qədər Ukraynaya yardım göndərmək istəyən bütün qərb güclərini mühasirəyə sala bilər. Belə olan halda ABŞ boğazlardan gəmi keçirmək üçün Türkiyəni məcbur etməli olacaq.

Hazırda ispanlara məxsus hərbi gəmi boğzada Qara dənizə girmək üçün icazə almağa çalışır, gəmi NATO –a addir və içərisində raketlər var. Bu gəminin daxil olmasına görə Rusiya Türkiyəyə nota verə bilər.
Biden – Mən sənin arxanda dayanmışam, deməsi o deməkdirmi ki, bunu icra edə biləcək?

Məsələnin Azərbaycan ilə bağlılığı kifayət qədər həssasdır və ayrıca yazıda görüşərik.

Əziz Əlibəyli
#STM Mətbuat Xidmətinin rəhbəri

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM