Alyansın baş katibi Anders Foq Rasmussen Moskvanı Qərblə dialoqa girməyə səslədiNATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyanı öz əsgərlərini Ukrayna sərhədindən çəkərək, Qərblə dialoqa girməyə çağırıb. ANS PRESS-in məlumatına görə, Bolqarıstan səfəri zamanı keçirdiyi mətbuat konfransında NATO-nun Ukrayna böhranı ilə bağlı mövqeyindən danışan Rasmussen, vəziyyətdən çıxış yolunun yalnız böhranın siyasi və diplomatik bir həll yolunun tapılması olduğunu deyib. O, həmçinin NATO-nun öz müttəfiqlərini lazımınca müdafiə edilməsi üçün lazımi addımları atacağını da vurğulayıb."Bu istiqamətdə atılacaq ilk addım Rusiyanın öz əsgərlərini geri çəkərək, gərginliyin azalmasına töhfə verməsi və bununla da, beynəlxalq öhdəlikləri ilə vədlərini yerinə yetirməsi olmalıdır. Rusiya Ukrayna hökuməti ilə birbaşa dialoqa da girməlidir. Burada hərbi əməliyyatlardan danışmırıq, amma istənilən lazımi addımı atacağıq" - Rasmussen belə deyib.Qeyd edək ki, dünən NATO Ukrayna sərhədində hazır vəziyyətdə olan tanklar, zirehli maşınlar, ağır artilleriya və təyyarələrlə yanaşı, 40 min rusiyalı əsgərin göründüyünü iddia etdiyi peyk şəkillərini yayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !