NATO: "Rusiyanın Suriyadakı qırıcıları alyans üçün təhlükəlidir"

20:23 | 01.10.2015
NATO:

NATO: "Rusiyanın Suriyadakı qırıcıları alyans üçün təhlükəlidir"

General Filip Bridlav: "Bunlar İŞİD-lə mübarizə üçün nəzərdə tutulmayıb

"Rusiyanın Suriyadakı Hava Hücumundan Müdafiə sistemi (HHM) İŞİD-lə mübarizə üçün nəzərdə tutlmayıb və həmin sistemlər NATO üçün təhlükədir".

"Report" "RBK"-ya istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı qüvvələrinin baş komandanı general Filip Bridlav bildirib.
Onun sözlərinə görə, Rusiyanın Suriyada "SA-15" və "SA-22" "Yer-Hava" tipli raket sistemi yerləşdirməsi, habelə "Su-30" qırıcıları NATO qüvvələri üçün potensial təhlükədir: "Suriyanın hava limanlarında biz bir neçə qabaqcıl Hava Hücumundan Müdafiə sietemlərini görmüşük. Bunlar İŞİD-ə qarşı mübarizə üçün nəzərdə tutulmayıb. Mən İŞİD-in elə bir təyyarəsinin görmədim ki, "SA-12" və "SA-22"-dən ona qarşı istifadəyə ehtiyac olsun".
NATO-nun təsnifatına əsasən, "SA-15" taktiki zenit raket kompleksi "Top"-dur, "SA-22" quruda yerləşdirilən Rusiyanın Özüyeriyən Zenit Raket-Atıcı kompleksi "Pantsir-C1"-dir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM