NATO Rusiyaya yaşıl işıq yandırdı

12:17 | 23.01.2015
NATO Rusiyaya yaşıl işıq yandırdı

NATO Rusiyaya yaşıl işıq yandırdı

Ukrayna böhranı səbəbilə Moskva ilə əlaqələri axsayan NATO Rusiyaya yaşıl işıq yandırdı. NATO Avropa Müttəfiq Qüvvələr Yüksək Komandanlığı generalı Filipp M.Breedlove Rusiya ilə münasibətlərin tənzimlənməsinin lazımlı olduğunu bildirib.

ANN.Az xarici ölkə mediasına istinaıdn xəbər verir ki, Brüsseldə jurnalistlərə verdiyi açıqlamasında Rusiyanın ordu generalı, müdafiə nazirinin birinci müavini Valeriy Gerasimovla görüşdüklərini bildirib: "Gerasimovla birgə qərara gəldik ki, münasibətləri tənzimlənməsində bir-birimizə yardımçı olaq".

Rusiya və NATO arasındakı sonuncu münasibət 19 may 2014-cü ilə aiddir. Yüksək səviyyəli rus yetkililərin Moskva və NATO arasındakı əlaqəlrin olmamasını qarşılıqlı olaraq yanlış anlamılmaların səbəb olduğuna diqqət çəkirlər. NATO-nun baş katibi Jens Stoltenberq Rusiyanın "Trud" qəzetinə açıqlamasında bildirib ki, Rusiya ilə əlaqlərin yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək.

Ötən gün isə Rusiya xarici işlər naziri Sergey Lavrov qarşılıqlı anlaşma şəraitində münasibətlərin tınzimlənməsinin tərəfdarı olduğunu vurğulamışdı.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM