NATO sərhəddə əsgərləri artıra bilər

18:45 | 29.10.2015
NATO sərhəddə əsgərləri artıra bilər

NATO sərhəddə əsgərləri artıra bilər

"The Wall Street Journal” oktyabrın 28-də yazıb ki, NATO üzvləri Rusiya sərhədi boyunca əsgərlərin sayını artırmağı müzakirə edir. Bir plana görə, Polşa və 3 Baltik ölkəsində batalyonlar yerləşdiriləcək. Digər plan ərazidə bir NATO batalyonunun yerləşdirilməsini nəzərdə tutur. Qəzet bunu hərbi və diplomatik mənbələrə istinadla yazıb.

Rusiya ötən il Ukraynanın Krım vilayətini anneksiya edib. Qonşu ölkələr Rusiyanın növbəti addımından narahatdır.

Rusiya ordusunun regionda təlimləri artırması qonşuların narahatlığını daha da gücləndirib.

Şərqi Avropa ölkələri NATO-nu regionda iştirakını artırmağa çağırırlar. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM