NATO: "Soyuq müharibə" nə Rusiyaya, nə də NATO-ya sərfəli deyil"

17:56 | 23.09.2015
NATO:

NATO: "Soyuq müharibə" nə Rusiyaya, nə də NATO-ya sərfəli deyil"

Yens Stoltenberq: "ABŞ və Rusiyanın bir-biri ilə təmas saxlaması vacibdir

"Hər iki tərəfin maraqlarının uyğunlaşdırılması yönündə əməkdaşlığın bərpa edildiyi bir vaxtda "soyuq müharibə" nə NATO-ya, nə də Rusiyaya sərfəli olacaq".

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Norveçin "Aftenposten" qəzetinə müsahibəsində bildirib.

Baş katib deyib ki, rəhbərlik etdiyi alyans Rusiya ilə "soyuq müharibə"nin başlamağı təşviq etmək niyyətində deyil: "Rusiya ilə qarşıdurma yaratmağa çalışmamağımız NATO üçün vacib faktdır. Biz əməkdaşlığa nail olmaq üçün fəaliyyətimizi davam etdiririk".

Onun sözlərinə görə, Ukraynanın şərqindəki böhranın tənzimlənməsi üçün Minskdə imzalanan razılaşmaya əməl olunmalıdır.
Suriyadakı vəziyyətdən danışan baş katib deyib ki, NATO Rusiya hərbçilərinin bu ölkədəki fəaliyyətini müşahidə edir: "ABŞ və Rusiyanın bir-biri ilə təmas saxlaması vacibdir".

Jurnalistin "Rusiya hərbçilərinin Suriyada olması ilə Ukraynada gərginliyin azalması arasında əlaqə varmı", - sualını Y.Stoltenberq belə cavablandırıb: "Heç bir əlaqəsi yoxdur".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM