NATO iyulun 28-də fövqəladə danışıqlar aparacağını deyir. Məqsəd Türkiyənin İslam Dövləti (İD) və kürd yaraqlılarına qarşı təhlükəsizlik əməliyyatlarını müzakirə etməkdir. Türkiyə qonşu Suriya və İraqa hava zərbələri endirməkdədir.
Alyans bəyanatında bildirir ki, Türkiyə Şimali Atlantika Şurasının iclas keçirməsini xahiş edib. Şuraya 28 NATO müttəfiqinin səfirləri daxildir. Bəyanata görə, müzakirələr "son günlərin dəhşətli terror hücumlarından sonrakı durumun ciddiliyini nəzərə alaraq” keçirilir.
Türkiyənin dövlət mediası iyulun 26-da gecə bildirib ki, Türkiyə qırıcıları İraqın şimalında PKK-nı vurmaq üçün havaya qalxıb. 3 gündür Türkiyə ordusu Suriyadakı İD mövqelərini hədəfə alır. İraqın şimalındakı PKK yaraqlılarına da zərbələr endirilir. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !