NATO Türkiyəyə 4 min nəfərlik çadır göndərəcək. Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Onun sözlərinə görə, Alyansla bu barədə razılıq əldə olunub.
Daha əvvəl NATO Türkiyənin zəlzələdən zərər görən Antakya bölgəsinə 2 400 çadır göndərib.
Fevralın 6-da Türkiyənin cənub-şərqində iki dəfə 7.7 və 7.6 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin 10 vilayətində dağıntılara səbəb olub.
Son məlumatlara görə 45 mindən çox insan həyatını itirib. Türkiyə prezidenti zəlzələ ilə bağlı ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edib.
Zəlzələ səbəbindən dünyanın 95 ölkəsindən Türkiyəyə yardımlar gəlib.
Azərbaycan Türkiyəyə yardıma gedən ilk ölkə olub. Hadisə nəticəsində Azərbaycanın 10 vətəndaşı həyatını itirib.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !