NATO Ukraynaya girən rus ordusunun görüntüsünü yaydı - VİDEO

18:25 | 29.08.2014
NATO Ukraynaya girən rus ordusunun görüntüsünü yaydı - VİDEO

NATO Ukraynaya girən rus ordusunun görüntüsünü yaydı - VİDEO

NATO seperatçılara dəstək vermək üçün Ukraynaya girən rus qoşunlarının  peyk görüntülərini yayıb.Axar.az xəbər verir ki, Rusiya bundan öncə yayılan iddiaları təkzib edib və NATO-nun ötən gün yaydığı fotoları saxta adlandırıb. NATO-nun nümayəndəsi Niko Taks isə mindən çox seperatçının Ukraynada döyüşdüyünü açıqlayıb və bunun ardınca görüntülər ortaya qoyulub.Onun sözlərinə görə, NATO-nun bu görüntülərində hava hücumundan müdafiə silahları, top, tank və zirehli texnika daşıyıcıları əks olunur və bu silahlar Ukrayna torpaqlarında rus silahlarının olduğunu sübut edir.NATO rəsmisinin sözlərinə görə, vəziyyət Ukraynanın lehinə olsa da, Rusiya döyüşü separatçıların xeyrinə dəyişməyə çalışır.

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb