NATO və Rusiya generalları Bakıda görüşəcəklər

16:40 | 07.09.2017
NATO və Rusiya generalları Bakıda görüşəcəklər

NATO və Rusiya generalları Bakıda görüşəcəklər

NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün Bakıda görüşəcəklər.

anews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun kommünikesində bildirilir.

Kommünikedə deyilir ki, bu, NATO-nun Rusiya ilə münasibətləri dondurması barədə qərarından sonra tərəflər arasında ilk görüş olacaq.

"General Petr Pavel və general Valeri Gerasimov sentyabrın 7-də Azərbaycanın paytaxtı Bakı şəhərində görüşəcəklər. Bu görüş generallar arasında bu il martın 3-də baş tutmuş telefon danışığının davamı olacaq”, - deyə məlumatda qeyd olunur.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM