NATO-nun baş katibi Yens Stoltenberq ötən gün Rusiyanın Xəzər dənizindəki hərbi donanmasının Suriyaya qanadlı raketlərlə zərbələr endirməsindən narahatlığını bəyan edib. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, o, bunu jurnalistlərə qısa açıqlamasında deyib: "NATO Rusiyanın qanadlı raketlərlə Suriyadakı hədəflərə zərbə endirməsindən narahatdır”.
Bundan başqa, baş katib hərbi blokun Türkiyəni istənilən xarici təhlükələrdən qoruyacağını da vurğulayıb: "NATO bütün müttəfiqlərini, o cümlədən Türkiyəni bütün təhlükələrdən qorumağa hazırdır. Müntəzəm olaraq vəziyyəti Türkiyə hökuməti ilə birlikdə gözdən keçiririk”.
Mətbuat konfransı NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin sammiti öncəsi təşkil olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !