NATO zirvəsinə Azərbaycandan kim gedəcək?

11:00 | 03.09.2014
NATO zirvəsinə Azərbaycandan kim gedəcək?

NATO zirvəsinə Azərbaycandan kim gedəcək?

Sentyabrın 4-5-də Uelsdə (Böyük Britaniya) keçiriləcək NATO sammitinin proqramı açıqlanıb. Sammitdə ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və daha 60 ölkənin liderlərinin, nazirlərinin iştirakı gözlənilir. Sammiti Böyük Britaniyanın baş naziri Devid Kameron açacaq və Əfqanıstana həsr edilmiş iclasla davam edəcək.

Gün.az qurumun saytına istinadən xəbər verir ki, tədbir çərçivəsində müttəfiq ölkələrin dövlət və hökumət rəhbərləri ISAF iştirakçıları da daxil olmaqla, 27 tərəfdaş dövlət, o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan, Bosniya və Herseqovina, Monteneqro və digər dövlətlərin rəsmiləri ilə görüşəcəklər.Həmçinin prezident Pyotr Poroşenkonun iştirakı ilə NATO-Ukrayna komissiyasının iclası olacaq. NATO müdafiə və xarici işlər nazirlərinin də paralel iclası nəzərdə tutulub. NATO müdafiə nazirlərinin 24 ölkədən olan tərəfdaş dövlətlərin təmsilçiləri ilə görüşdə Azərbaycan da iştirak edəcək. Sentyabrın 5-də isə NATO müdafiə nazirləri Avropa İttifaqının ali nümayəndsəi Ketrin Eşton, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter, Avropa Şurasının baş katibi Torbyorn Yaqlandla məsləhətləşmələr aparacaqlar. Bəzi müşahidəçilər hesab edir ki, bu tədbirdə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı mühüm müzakirələr də aparılacaq. “Yeni Müsavat”ın əməkdaşı Azərbaycanın bu mühüm tədbirdə hansı səviyyədə iştirakını araşdırmaq istəyib və sammitə kimin qatılacağını öyrənmək üçün Xarici İşlər, həmçinin Müdafiə nazirliklərinə müraciət edib. Lakin hər iki qurumdan bildirilib ki, hələlik bu barədə rəsmi məlumat yoxdur və məlumat olan kimi ictimaiyyətə açıqlanacaq.Xatırladaq ki, Türkiyə prezidenti R.T.Ərdoğan da Azərbaycana səfərini başa vurandan sonra NATO-nun tədbirinə qatılacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM