NATO: "Özündən əmin Rusiyanın bizə boylandığını görürük"

19:07 | 06.11.2015
NATO:

NATO: "Özündən əmin Rusiyanın bizə boylandığını görürük"

NATO-nun baş katibi  Yens Stoltenberq Rusiyanın Baltik Dənizi və Aralıq dənizində artırdığı hərbi qüvvələri qarşılığında ittifaqın reaksiya verməsini vacib hesab edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, baş katib Rusiyanın artmaqda olan hərbi qüvvəsinin NATO gündəmində yer aldığını vurğulayıb: "Bunun qarşılığında bizim gücümüzün nə qədər olmasından əmin olmalıyıq".

Stoltenberq "Euronew"a açıqlamasında belə deyib: "Şərqdən özündən əmin Rusiyanın bizə boylandığını görürük. Əlbəttə ki, NATO Rusiya ilə qarşı-qarşıya gəlmək həvəsində deyil. Rusiya ilə ortaq məxrəc tapmaq, müsbət mənalı əlaqələrin qurulmasında maraqlıyıq. Amma bütün bunları nəzərə almaqla bərabər Rusiyaya qarşı daha da güclənməliyik".



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM