Navalnı Moskvada saxlanıldı - Video

09:38 | 18.01.2021
Navalnı Moskvada saxlanıldı - Video

Navalnı Moskvada saxlanıldı - Video

"İv Roşe” ("Yves Rocher”) şirkəti ilə bağlı cinayət işi üzrə cəza şərtlərini pozduğuna görə axtarışa verilən rusiyalı müxalifətçi Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda saxlanılıb.


Anews.az "TASS”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin (CİFX) Moskva şəhəri üzrə idarəsinin mətbuat xidmətindən bildirilib.


Qeyd edək ki, ötən il dekabrın 28-də CİFX Navalnıyı "Yves Rocher” işi üzrə şərti cəza çərçivəsində məcburi nəzarətdən yayınmaqda günahlandırıb. Şöbə "Lancet” tibbi jurnalındakı bir məqaləyə istinad edərək siyasətçinin 20 sentyabrda zəhərlənmədən sonra xəstəxanadan çıxdığını və 12 oktyabra qədər xəstəliyinin bütün nəticələrinin getdiyini bildirib. CİFX Navalnının sağaldığı və nəzarətə gəlməməsinin yoxlamanın nəzarətindən yayınması kimi qiymətləndirilməsinə qərar verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb