• $
  • €
  • ₽
  • ₺
  • £

Navalnının fevralın 29-da dəfn olunacağı gözlənilir

Navalnının fevralın 29-da dəfn olunacağı gözlənilir
26.02.2024 20:19
Rusiyalı müxalifətçi Aleksey Navalnının dəfn mərasimi fevralın 29-na təyin edilib. Bu barədə SHOT telegram kanalı məlumat yayıb.


Müxalifət liderinin Moskvanın Borisovskoe, Troekurovskoe və ya Xovanskoe qəbiristanlıqlarında dəfn olunacağı gözlənilir.

Bu yaxınlarda Rusiya hakimiyyəti bir həftədən çox əvvəl vəfat edən Aleksey Navalnının cəsədini ailəsinə təhvil verib.

Aleksey Navalnı 1976-cı ildə Moskvada anadan olub. Rusiya prezidenti Vladimir Putinə aparıcı müxalifət sayılırdı.  


2013-cü ildə Moskva meri seçkilərində 27,24% səs toplayaraq Sergey Sobyanindən sonra ikinci yeri tutub.  2013-cü ilin noyabrından "Gələcəyin Rusiyası” siyasi partiyasının Mərkəzi Şurasına rəhbərlik edib. O, 2018-ci ilin martında keçirilən Rusiya prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb və   tam hüquqlu seçki kampaniyası aparan yeganə siyasətçi olub.  Lakin Mərkəzi Seçki Komissiyası  onu qeydə almaqdan imtina edib. 2017-2018-ci illərdə Rusiyada kütləvi etiraz hərəkatının liderlik edib. 

 

2009-cu ildə Navalnı "Vedomosti” qəzeti tərəfindən "ilin adamı”  elan olunub.  2012 və 2021-ci illərdə "Time” jurnalı onu dünyanın 100, 2017-ci ilin iyununda isə internetin ən nüfuzlu 25 adamından biri adlandırıb.


2020-ci ildə kimyəvi maddə  ilə zəhərlənmə nəticəsində komaya düşüb.  Avqustun 20-dən 22-dək Omsk şəhər 1 saylı şəhər klinik xəstəxanasının toksikologiya şöbəsində, avqustun 22-dən sentyabrın 22-dək isə Berlindəki Charite xəstəxanasında müalicə olunub, evə buraxıldıqdan sonra Almaniyada reabilitasiya kursu keçib.

 

17 yanvar 2021-ci ildə Almaniyada müalicə olunduqdan sonra Navalnı Berlindən Moskvaya qayıdıb və pasport nəzarətindən keçərkən həbs olunub. 

 

Navalnının zəhərlənməsi beynəlxalq və ümummilli rezonans doğurub. Avropa İttifaqı və Böyük Britaniya 6 yüksək rütbəli Rusiya məmurunu Navalnıya qarşı  kimyəvi silahdan istifadə etməklə sui-qəsd təşkil etməkdə sulçlayıb və onlara qarşı sanksiyalar tətbiq edib.

 

Rusiya hakimiyyəti onun zəhərlənməsində əli olması ilə bağlı ittihamları rədd edib. Vladimir Putin, mən istəsəydim o sağ qalmazdı deyə ittihamlara cavab verib. 


2021-ci ilin mayında Amnesty International hüquq müdafiə təşkilatı Navalnıya "vicdan məhbusu” statusu verib. 


2021-ci ilin oktyabrında Avropa Parlamenti Navalnıya Avropa Birliyinin insan haqları üzrə əsas mükafatı olan Saxarov mükafatı ilə təltif edib,  2022-ci ildə Nobel Sülh Mükafatına namizəd olub. 


2022-ci il martın 22-də Moskvanın Lefortovo Rayon Məhkəməsi Aleksey Navalnını dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə ciddi rejimli koloniyada doqquz il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. 


4 avqust 2023-cü ildə Moskva Şəhər Məhkəməsi Aleksey Navalnı ekstremist icma yaratmaq, ekstremist fəaliyyəti maliyyələşdirmək və internetdə ekstremizmə çağırış ittihamı ilə xüsusi rejimli koloniyada daha 19 il həbs cəzasına məhkum edib.
 
Gülnar

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol