Navalnının nəşi anasına verilib

21:00 | 24.02.2024
Navalnının nəşi anasına verilib

Navalnının nəşi anasına verilib

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının nəşi anası Lyudmila İvanovna Navalnaya verilib.

Bu barədə BBC məlumat yayıb.

Hələlik onun harada dəfn ediləcəyi ilə bağlı məlumat verilməyib.
Navalnı fevralın 16-sı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib. Onun tromb yaranması səbəbindən öldüyü bildirilib.

Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM