Navalnıyın anım mərasimini keçirən keşiş 3 il vəzifəsindən uzaqlaşdırılıb

15:02 | 24.04.2024
Navalnıyın anım mərasimini keçirən keşiş 3 il vəzifəsindən uzaqlaşdırılıb

Navalnıyın anım mərasimini keçirən keşiş 3 il vəzifəsindən uzaqlaşdırılıb

Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Lışçikova təpəsindəki Müqəddəs Məryəm Kilsəsinin keşişi Dmitri Safronova üç il müddətinə xidmət etməyi qadağan edib. Müvafiq fərmanın mətni  Moskva yeparxiyasının saytında yerləşdirilib.

Safronov xeyir-dua vermək, cübbə və keşiş xaçı taxmaq hüququndan məhrum edilib. O, qarşıdakı üç ili Novye Vorotnikidəki Böyük Müqəddəs Pimen kilsəsində məzmurçu kimi keçirəcək və rektorun əmrlərini yerinə yetirəcək.

Eyni zamanda, tövbə müddəti başa çatdıqda, Rus Pravoslav Kilsəsi Safronovun sonrakı xidməti ilə bağlı qərar verəcək.

Safronov Moskva İlahiyyat Seminariyasının məzunudur. 2006-cı ildə deakon rütbəsi aldı, bundan sonra Lışçikova dağındakı Şəfaət kilsəsində xidmət etməyə başladı. 26 mart 2024-cü ildə Borisov qəbiristanlığında Aleksey Navalnının anım mərasimi keçirib. 
 
Navalnının nəşi fevralın 24-də anası Lüdmila Navalnıyaya təhvil verilib.
 
Aleksey Navalnı 1976-cı ildə Moskvada anadan olub. Rusiya prezidenti Vladimir Putinə aparıcı müxalifət sayılırdı.  

2013-cü ildə Moskva meri seçkilərində 27,24% səs toplayaraq Sergey Sobyanindən sonra ikinci yeri tutub.  2013-cü ilin noyabrından "Gələcəyin Rusiyası” siyasi partiyasının Mərkəzi Şurasına rəhbərlik edib. O, 2018-ci ilin martında keçirilən Rusiya prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb və   tam hüquqlu seçki kampaniyası aparan yeganə siyasətçi olub.  Lakin Mərkəzi Seçki Komissiyası  onu qeydə almaqdan imtina edib. 2017-2018-ci illərdə Rusiyada kütləvi etiraz hərəkatının liderlik edib.  

2009-cu ildə Navalnı "Vedomosti” qəzeti tərəfindən "ilin adamı”  elan olunub.  2012 və 2021-ci illərdə "Time” jurnalı onu dünyanın 100, 2017-ci ilin iyununda isə internetin ən nüfuzlu 25 adamından biri adlandırıb.

2020-ci ildə kimyəvi maddə  ilə zəhərlənmə nəticəsində komaya düşüb.  Avqustun 20-dən 22-dək Omsk şəhər 1 saylı şəhər klinik xəstəxanasının toksikologiya şöbəsində, avqustun 22-dən sentyabrın 22-dək isə Berlindəki Charite xəstəxanasında müalicə olunub, evə buraxıldıqdan sonra Almaniyada reabilitasiya kursu keçib. 

17 yanvar 2021-ci ildə Almaniyada müalicə olunduqdan sonra Navalnı Berlindən Moskvaya qayıdıb və pasport nəzarətindən keçərkən həbs olunub.  

Navalnının zəhərlənməsi beynəlxalq və ümummilli rezonans doğurub. Avropa İttifaqı və Böyük Britaniya 6 yüksək rütbəli Rusiya məmurunu Navalnıya qarşı  kimyəvi silahdan istifadə etməklə sui-qəsd təşkil etməkdə sulçlayıb və onlara qarşı sanksiyalar tətbiq edib.

Rusiya hakimiyyəti onun zəhərlənməsində əli olması ilə bağlı ittihamları rədd edib. Vladimir Putin, mən istəsəydim o sağ qalmazdı deyə ittihamlara cavab verib. 

2021-ci ilin mayında Amnesty International hüquq müdafiə təşkilatı Navalnıya "vicdan məhbusu” statusu verib. 

2021-ci ilin oktyabrında Avropa Parlamenti Navalnıya Avropa Birliyinin insan haqları üzrə əsas mükafatı olan Saxarov mükafatı ilə təltif edib,  2022-ci ildə Nobel Sülh Mükafatına namizəd olub. 

2022-ci il martın 22-də Moskvanın Lefortovo Rayon Məhkəməsi Aleksey Navalnını dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə ciddi rejimli koloniyada doqquz il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. 

4 avqust 2023-cü ildə Moskva Şəhər Məhkəməsi Aleksey Navalnı ekstremist icma yaratmaq, ekstremist fəaliyyəti maliyyələşdirmək və internetdə ekstremizmə çağırış ittihamı ilə xüsusi rejimli koloniyada daha 19 il həbs cəzasına məhkum edib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM