• $ 1.7
  • € 1.9335
  • ₽ 0.020591
  • ₺ 0.0442
  • £ 2.2638

Naxçıvan Ali Məclisinin işində nöqsanlar aşkarlanıb

Naxçıvan Ali Məclisinin işində nöqsanlar aşkarlanıb
05.07.2024 10:29
Azərbaycan Hesablama Palatası Naxçıvan Muxtar Respublikası AIi Məclisi tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair audit aparararq nöqsanlar aşkarlayıb. Bu barədə Hesablama Palatası məlumat yayıb. 

2023-cü ili əhatə edən audit zamanı müəyyən edilib ki, ötən il Ali Məclisin fəaliyyti üçün büdcədən ayrılan  6,3 milyn manatdan  4,3 milyon manat xərclənib. 
 
Ali Məclisin saxlanılması üçün ayrılmış vəsaitlərdən smetası rəsmiləşdirilməyən tədbirlərə, funksional fəaliyyətlə birbaşa əlaqəsi olmayan və xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə 78,9 min manat artıq vəsait xərc olunub.

Ali Məclisin əməkdaşlarına artıq və qanunvericiliyin tələblərinə uyğun olmayan 79,2 min manat əmək haqqı, əlavə və mükafatlar ödənilmiş və buna uyğun sığorta haqqı xərcləri hesablanıb.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin 4-cü bəndinin tələbləri gözlənilmədən ödənişli fəaliyyətlə məşğul olduqları halda 35 deputatın statusu saxlanılıb və həmin şəxslərə 2023-cü ildə hesablanmış əmək haqqı xərcləri 312,2 min manat təşkil edib.

2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saxlanılması üzrə vahid büdcə təsnifatının tələbinə əməl edilməyərək ümumillikdə 32,4 min manat və satınalma keçirilmədən isə 69,3 min manat xərc edilib.

Ali Məclisin aparatı üzrə satınalma prosedurları həyata keçirilmədən, tələbatı əsaslandırılmayan və müvafiq qaydada rəsmiləşdirilməyən, tarixi, mədəniyyəti təcəssüm etdirməyən və xatirə xarakteri daşımayan hədiyyələrin və s. alınmasına 5,2 min manat vəsait birbaşa xərc edilib.

Audit zamanı müəyyən edilib ki, təşkilatın xəzinə hesabından əlavə  Naxçıvanın İnkişafı və Müdafiə Fonduna məxsus 31,5 mln. manat vəsait bank hesabında qalıq olaraq saxlanılıb.

Hesablama Palatasının Kollegiyası tərəfindən əsassız xərclənmiş vəsaitlərin büdcəyə bərpası, xərclərin düzgün rəsmiləşdirilməsi və qanunvericiliyin tələblərinə, eləcə də dövlət əmlakının təyinatına uyğun istifadəsi üzərində nəzarətin gücləndirilməsi barədə qərar verilib.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Küveytə rəsmi səfər edib
Siyasət 19:41
Ceyhun Bayramov Küveytə rəsmi səfər edib
Kəmaləddin Heydərov İordaniya Haşimilər Krallığına səfər edib - Video
Siyasət 18:05
Kəmaləddin Heydərov İordaniya Haşimilər Krallığına səfər edib - Video
Avropa Şurası komissarının qərəzli bəyanatını rədd edirik - XİN
Siyasət 17:21
Avropa Şurası komissarının qərəzli bəyanatını rədd edirik - XİN
İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Siyasət 23:10
İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident Pezeşkianın Bakı səfərindən görüntülər paylaşdı - Video
Siyasət 22:25
Prezident Pezeşkianın Bakı səfərindən görüntülər paylaşdı - Video
Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Siyasət 21:30
Pezeşkian Bibiheybət məscidini ziyarət edib
İran Prezidenti Bakıda Şəhriyarın şeirini oxuyub - Video
Siyasət 21:26
İran Prezidenti Bakıda Şəhriyarın şeirini oxuyub - Video
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Yenilənib
Siyasət 20:42
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Yenilənib
Bakıda Azərbaycan-İran biznes forumu keçirilir
Siyasət 18:50
Bakıda Azərbaycan-İran biznes forumu keçirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol