• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi yaradılıb

Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi yaradılıb
29.08.2024 18:30
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxs yaradılıb və nizamnaməsi təsdiq edilib.

Agentlik Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı sahəsində tənzimləməni, avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, muxtar respublikadaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirəcək.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını təsdiq edəcək, həmçinin Ali Məclis sədrinin aktlarının həmin fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim edəcək.
 
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi fərmandan irəli gələn digər məsələləri həll edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Cəmiyyət 13:13
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Cəmiyyət 13:00
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
Cəmiyyət 11:29
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
FHN işğaldan azad olunmuş ərazilərdə vətəndaşların maarifləndirilməsi işini davam etdirir
Cəmiyyət 10:54
FHN işğaldan azad olunmuş ərazilərdə vətəndaşların maarifləndirilməsi işini davam etdirir
Faktiki hava açıqlanıb
Cəmiyyət 09:35
Faktiki hava açıqlanıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 00:24
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 21:29
Xəzər dənizində zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol