Naxçıvan Ədliyyə Nazirliyi işçi axtarır

14:00 | 31.05.2017
Naxçıvan Ədliyyə Nazirliyi işçi axtarır

Naxçıvan Ədliyyə Nazirliyi işçi axtarır

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi nazirlikdə xüsusi rütbə nəzərdə tutulan vakant vəzifələrə və dövlət qulluğunun inzibati vəzifələrinə müsabiqə və müsahibə elan edib.

Anews.az Report-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyində xüsusi rütbə nəzərdə tutulan vakant vəzifələrə və dövlət qulluğunun inzibati vəzifələrinə qəbul olunmaq istəyən namizədlərin hüquqşünaslıq və mühasibatlıq ixtisaslarına malik olmaları barədə diplomları Azərbaycan ərazisində müvafiq qaydada tanınmalı və onlar Azərbaycan dilini sərbəst bilməlidirlər.

Həmin vəzifələrə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanununa əsasən, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, cinayət törətdiyinə görə əvvəllər məhkum edilən, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilən, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə ədliyyə orqanlarında işləməyə qadir olmayan, qanunla müəyyən edilmiş həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilən şəxslər vakant vəzifələrə işə qəbul edilmirlər.

Sənədlər muxtar respublikanın Ədliyyə Nazirliyinin inzibati binasında iyun ayının 1-dən iyul ayının 1-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 18:00-dək qəbul olunacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti