Azərbaycanın Naxçıvan bölgəsinə böyük hərbi qüvvə cəmləşdirməsi faktı Ermənistanda ciddi narahatlıq və təşvişə səbəb olub.
Naxçıvan Azərbaycanın Ermənistan paytaxtına ən yaxın ərazisidir və oradan yerevana cəmi 90 kilometr məsafə var. Nəticədə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun silahlanmasındakı vasitələr Yerevana, o cümlədən Ermənistanın içərilərindəki digər hədəflərə dağıdıcı zərbələr endirməyə imkan verir. Bu səbəbdən neçə gündür erməni medası, ekspert çevrələri və sosial şəbəkə istifadəçiləri Naxçıvandakı cəmləşməni müzakirə edirlər.
Virtualaz.org xəbər verir ki, bu gün Yerevanda müdafiə nazirinin müavini Artak Zakaryana da Azərbaycan ordusunun Naxçıvanda cəmləşməsi haqda sual veriblər və ondan soruşublar: Ermənistan bununla bağlı KTMT-yə müraciət etməyə hazırlaşırmı?
Zakaryan deyib ki, hələlik Azərbaycanın Naxçıvan istiqamətində dövlət sərhədi boyu hərbi texnika cəmləşdirməsi ilə bağlı KTMT-yə müraciət etməyə ehtiyac yoxdur. "Bu gün belə zərurət yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin o cümlədən Naxçıvan istiqamətində silah-texnika cəmləməsi bizim üçün yenilik deyil. Hər şey nəzarət altındadır”-Zakaryan erməni ictimaiyyətində yaranmış təşvişi azaltmağa çalışaraq deyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !