Naxçıvana uçuşlar bərpa edilir - RƏSMİ

18:53 | 29.05.2020
Naxçıvana uçuşlar bərpa edilir - RƏSMİ

Naxçıvana uçuşlar bərpa edilir - RƏSMİ

İyunun 8-dən sonra Naxçıvana uçuşların bərpası planlaşdırılır, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
 
"Daxili və beynəlxalq reyslərin sayında azalma olacaq. Eləcə də təyyarələrdə sərnişinlərin sayı da məhdudlaşdırılacaq", deyə o əlavə edib. 


Onun sözlərinə görə,  ölkədə COVID-19 pasportlarının verilməsinin nə dərəcədə əhəmiyyətli olması müzakirə olunur. "Yaxın günlərdə bu barədə yekun qərar veriləcək", deyə Bayramlı əlavə edib.


O, həmçinin bildirib ki,  "Sədərək" ticarət mərkəzində çalışanlar və alış-veriş edənlər qaydalara ciddi əməl etməlidir".
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb