2023-cü ildə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergiödəyicilərinə xidmət strukturlarında 7098 müraciət üzrə 12 min 689 Asan İmza sertifikatı verilib. Bu barədə Dövlət Vergi Xidmətinin saytında məlumat verilib.
Məlumata görə, vergi ödəyicilərinə 134 min 183 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergiödəyiciləri ilə 63 görüş keçirilib, 390 sayda ünvanlı xidmət göstərilib.
Hesabat dövründə xidmət strukturlarında ümumilikdə 38 min 866 şəxs qəbul edilib.
Ötən il mayında istifadəyə verilmiş Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergiödəyicilərinə xidmət mərkəzi tərəfindən ötən il ümumilikdə 13 min 660 şəxs qəbul edilib.
Qəbul edilən şəxslərə 19 min 590 sayda xidmət göstərilib, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə göstərilən xidmətlərin sayından 2.8 dəfə çoxdur.
2023-cü ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 164,7 milyon manatdan çox vergi daxil olub, bu da 2022-ci ilə nisbətən 32,1 milyon manat və ya 24,2 % çoxdur.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !