Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı

11:17 | 06.04.2020
Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı

Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi koronavirus xəstələri barədə məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda bildirilir ki, ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

Bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb