Naxçıvanda 8 ayda 7 mindən çox "ASAN İmza" sertifikatı verilib

17:54 | 06.09.2024
Naxçıvanda 8 ayda 7 mindən çox

Naxçıvanda 8 ayda 7 mindən çox "ASAN İmza" sertifikatı verilib

2024-cü ilin yanvar-avqustunda Naxçıvan Muxtar Respublikasında 3 872 müraciət üzrə 7 053 "ASAN İmza" sertifikatı verilib.

Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Bundan başqa, məlumata görə, 8 ay ərzində Naxçıvandakı vergi ödəyicilərinə xidmət mərkəzləri ümumilikdə 28 165 şəxsi qəbul edib, onlara vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 37 352 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.

Hesabat dövründə muxtar respublikada vergi ödəyicilərinə 354 613 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, ödəyicilərlə 62 görüş keçirilib, 454 sayda ünvanlı xidmət göstərilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür