Naxçıvanda 857 min manatdan çox ƏDV geri qaytarılıb

16:49 | 16.01.2024
Naxçıvanda 857 min manatdan çox ƏDV geri qaytarılıb

Naxçıvanda 857 min manatdan çox ƏDV geri qaytarılıb

2023-cü ildə Naxçıvanda "ƏDVgerial” layihəsi çərçivəsində istehlakçılara 857,2 min manatdan çox ƏDV məbləği qaytarılıb. Bu barədə Dövlət Vergi Xidmətinin saytında məlumat yerləşdirilib.
 
Dekabrda istehlakçılara 105 min manat ƏDV məbləği geri qaytarılıb ki, bu da həmin ilin yanvarında qaytarılan məbləğdən 5 dəfə çoxdur. 

2023-cü ilin yanvarından 2024-cü il yanvarın 1-nə qədər Naxçıvanda 2.798 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
 
Ötən il yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 240 milyon manat olub.
 
Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılmasına (NKA) 2022-ci ilin dekabrından başlanıb. 

Aygün Mirakif
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM