Naxçıvan "ASAN xidmət” mərkəzi isə ümumilikdə, respublika üzrə 26-cı mərkəzdir.
Mərkəzin tikintisinə 2020-ci ildə başlanılıb. 2023-cü ilin may ayında tikintisi başa çatdırılıb.
"ASAN xidmət” mərkəzində videomüşahidə, görüntüləmə və videonövbə sistemləri, 2 ədəd lift, yanğınsöndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma, istilik sistemi, generator və UPS quraşdırılıb.
Mərkəz Naxçıvanda Seyid Cəfər Pişəvəri 7 ünvanında inşa edilib. Ümumilikdə Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan 465 min vətəndaşın əhatəsində olan mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcəkdir.
Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək.
Əməkdaşların ümumi sayı 228, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur.
Burada vətəndaşların istirahəti üçün "ASAN kafe” nəzərdə tutulub, 50 avtomobil üçün parklama yeri yaradılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !