Naxçıvanda vergi daxilolmaları 65%-dən çox artıb

10:36 | 06.02.2024
Naxçıvanda vergi daxilolmaları 65%-dən çox artıb

Naxçıvanda vergi daxilolmaları 65%-dən çox artıb

2024-cü ilin yanvarında Naxçıvanda vergi daxilolmaları 16,5 milyon manat təşkil edibki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65,6% çoxdur. Bu barədə Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli "X” sosial hesabıda bildirib. 
 
2023-cü ilin dekabrında açıqlanan statistika görə, Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 19 % çoxalıb.
 
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 29,2 % artaraq 443 nəfər olub.
 
2023-cü ildə Naxçıvanda 1 milyard 552 milyon manat dəyərində ümumi məhsul istehsal olunub. 
 
Ötən il Naxçıvanda orta aylıq əməkhaqqı 689 manat təşkil edib.
 
Gülnar 
 

 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM