Naxçıvanda vergi ödəyicilərinin sayı artıb

11:30 | 14.05.2024
Naxçıvanda vergi ödəyicilərinin sayı artıb

Naxçıvanda vergi ödəyicilərinin sayı artıb

2024-cü ilin yanvar-aprelində Naxçıvanda 2 161 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 11,5 % artıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bunun 2 049-u fiziki, 112-si hüquqi şəxslər və digər təşkilatlar olub.

4 ayda kommersiya qurumlarının 72 %-i elektron qaydada, 28 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.
2024-cü il mayın 1-nə aktiv vergi ödəyicilərinin sayı 768,9 minə çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 0,9% çoxdur. 

2024-cü ilin aprelin 1-nə Azərbaycanda 1 milyon 537 min 952 vergi ödəyicisi uçotda olub. 

Cari iln ilk üç ayında ölkədə 2 825 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 2,544-ü (90,1 %) yerli investisiyalı, 281-i (9,9 %) xarici investisiyalı qurumlardır.

Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 2 198-i (77,8 %-i) elektron qaydada, 627-si (19,3 %-i) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onların 738-nin (ümumi qeydiyyatın 22,2 %-nin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib.
 
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb