Naxçıvanda yeddi təhsil müəssisəsinə direktor təyin olunub. Bu barədə "Report"un yerli bürosu xəbər verir.
Belə ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsi üçün keçirilən müsahibə mərhələsində uğur qazanan namizədlərdən 6-sı Şərur rayon Muğancıq Mehrab, Babək rayon Yuxarı Buzqov, Ordubad rayon Nürgüt, Çənnəb, Culfa rayon Milax, Qazançı kənd tam orta məktəblərinə direktor vəzifəsinə təyinat alıblar.
Həmçinin Naxçıvan Qızlar Liseyində vakant olan direktor vəzifəsinə də təyinat olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !