Naxçıvanda özəl sektorda bağlanan əmək müqavilərinin sayı artıb

11:43 | 22.08.2024
Naxçıvanda özəl sektorda bağlanan əmək müqavilərinin sayı artıb

Naxçıvanda özəl sektorda bağlanan əmək müqavilərinin sayı artıb

2024-cü il Naxçıvanda özəl sektorda bağlanan əmək müqavilələrin sayı ilin əvvəli ilə müqayisədə 4670 vahid artaraq 11056 təşkil edib. Bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. 
 
Qeyd olunur ki, bu artım 2023-cü ilin yanvarın 1-i ilə müqayisədə 3,6 dəfə çoxdur. 
 
Avqustun 1-də ölkədə qeydə alınan əmək müqavilələrinin sayı 1 841 479 olub. 
 
Bir neçə gün öncə iqtisadiyayt naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda son 5 ildə qeyri-neft sektorunun özəl bölməsinə əmək müqavilələrinin sayı 79% artaraq 426 min olub.
 
Dövlət Vergi Xidmətinin son açıqlamasına görə, Son beş ildə Azərbaycanda əmək müqavilələrinin sayında 452 692 vahid artım olub. 
 
2024-cü ilin altı ayında əmək müqavilələrin sayı 43 min artaraq 1 milyon 851 min 588-ə çatıb. 
 
İyunda Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib ki, hazırda  ölkədə 65% insan əmək müqaviləsi olmadan çalışır. 
 
Deputat təklif edib ki, muzdlu işçilərin sayını artırmaq lazımdır. 
 
Gülnar Nazimqızı 
 

 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM