Naxçıvandan İrəvana hücum qorxusu

12:56 | 10.10.2017
Naxçıvandan İrəvana hücum qorxusu

Naxçıvandan İrəvana hücum qorxusu

Erməni hərbçisi, general-leytenant Norat Ter-Qriqoryans Naxçıvandan qorxub.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağda növbəti hücumu çaşdırıcı manevr ola bilər, Azərbaycanın əsas məqsədi Naxçıvan tərəfdən İrəvana zərbə vurmaq olacaq.

General 1990-cı illərdə Naxçıvandakı Azərbaycan hərbçilərinin peşəkarlığına, igidliyinə və cəsarətinə əmin olub. Ermənilərin onda yüksək mövqeləri tutmaq və daha sonra Naxçıvanı işğal etməklə bağlı bütün planları tam iflasla başa çatmışdı. Hücumlar yalnız ermənilərin böyük sayda canlı qüvvə və texnika itirməsi ilə nəticələnmişdi.

Onda Naxçıvan ərazisindən bir santimetr belə düşmənə verilmədi. Yada salaq ki, həmin vaxt Muxtar Respublikaya böyük azərbaycanlı Heydər Əliyev rəhbərlik edirdi. O, ən vacib iş kimi silahlı qüvvələri yenidən qurmağa başladı və bunun üçün böyük pullar ayırdı. Bakı onda Naxçıvana heç bir yardım etmirdi. Burada SSRİ-nin cənub sərhədlərini qorumaq üçün diviziya vardı. Həmin diviziya muxtar respublikanı tərk edən zaman Heydər Əliyev öz nüfuzu ilə diviziyanın komnadanlığını silah və texnikanı Naxçıvanda saxlamağa razı sala bildi. Qalan hər şeyi isə, necə deyərlər, texnika həll etdi.

Naxçıvanda indi texnika da, silahlar da yenidir. Ancaq Azərbaycan əsgərinin döyüş ruhu əvvəlki kimi yüksəkdir. Erməni general elə bundan qorxur. O, jurnalistlərə Naxçıvanla sərhəddə təcili təlim keçirməyin vacibliyindən danışıb. Buraya çox sayda zirehli texnikanın, yaylım atəşi sistemlərinin gətirilməsini də vacib sayıb.

O, Naxçıvanla sərhəddə KTMT təlimlərinin keçirilməsinin vacibliyindən də danışıb. Qorxmuş erməni general bildirib ki, Naxçıvandan İrəvana əl uzatsan çatar. 1990-cı illərdə Muxtar Vilayətdəki Azərbaycan silahlı qüvvələri onu çox qorxudub.

Mais Məmmədov, əməkdar jurnalist  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM